Türkiyə bu ölkələrdən turist gəlməsinə icazə verməyəcək

21-05-2020, 00:02           
Türkiyə bu ölkələrdən turist gəlməsinə icazə verməyəcək
Türkiyə iyundan etibarən koronavirusa yoluxma faktı yüksək olan ölkələrdən turist qəbul etməyəcək.

KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Onun sözlərinə görə, həmin ölkələr sırasında xüsusilə Rusiya var.

“Biz turizm mövsümünə yalnız daxili turizmlə başlayacağıq. Turist gəlməyini gözlədiyimiz ölkələrdəki vəziyyətə baxacağıq. Biz Rusiyadan və koronavirusa yoluxma riski yüksək olan digər ölkələrdən gələnləri qəbul etməyi düşünmürük”, – deyə Qoca bildirib.

Nazir, həmçinin, əlavə edib ki, ölkə daxilində səyahətə hazırlaşanlar da xüsusi mobil tətbiqetmədən istifadə etməlidirlər:

“Xüsusi kod əldə edilməlidir. Səyahətə çıxmaq istəyən şəxsdə koronavirusa yoluxma riski olarsa, ona icazə verilməyəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru