Aktyorluğu həyatında ikinci plana atan Burak Hakkı fermer kimi çalışmağa başlayıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Burak uzun müddətdir şəhərdən də uzaqlaşıb. Aktyor 2008-ci ildə aldığı fermasını işlətməyə başlayıb.
Koronavirus infeksiyasına görə tətbiq edilən karantin günlərində sənətçi anası və oğlu ilə birlikdə kəndə köçüb. O, təbiət qoynunda bir həyat istədiyini bildirib.