İmişlidəki qəza ilə bağlı TƏSİRLİ FAKT

19-01-2025, 00:15           
İmişlidəki qəza ilə bağlı TƏSİRLİ FAKT
Xəbər verdiyimiz kimi, İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

TEREF Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza zamanı dünyasını dəyişən azyaşlılar İmişli RPŞ-nin digər əməkdaşının qardaşı uşaqlarıdır.

Qəzada xəsarət alan yol polis inspektoru ağır vəziyyətdədir. Yaralıların müalicəsi davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru