AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”

19-01-2025, 16:49           
 AYNA-nın yaratdığı xaos BÖYÜYÜR -
Xəbər verdiyimiz kimi, sosial mediada Haldun Novruzzadə adlı paytaxt sakininin şikayəti geniş yayılmağa başlayıb.

Onun iddiasına görə, Bakı şəhəri Xocalı prospektində qanuni parklanma yerində “Azparking” kamerası vətəndaşların avtomobillərinin fotosunu çəkərək cərimələyir.

Bunun qanunsuz olduğunu iddia edən vətəndaşın haqlı olub-olmadığını öyrənmək üçün isə nəqliyyat eksperti Elməddin Muradlıya müraciət etdik.

Ekspert Yenicag.az-a şərh edərək vətəndaşın sözügedən məsələdə tamamilə haqlı olduğunu bildirib:

“Bəli, burada qüsur var və vətəndaş tamamilə haqlıdır. Çünki parklanma yeri var, parklanma yerinə giriş də var, sadəcə, çıxış yoxdur. Nöqsan da elə budur. Bu cəriməni yazan adamlar da ona əsaslanırlar ki, vətəndaş xəttin üstündən keçib və s. Daha fikirləşmirlər ki, bu parkinqə girən adam haradan çıxacaq?

Cəriməni isə “Azparking” yazmır, xəttin tələbini pozduğuna görə cəriməni yazan DYP-dir. “Azparking”, sadəcə, parklanmanı təşkil edərkən səhv edib. Hesab edirəm ki, AYNA əməkdaşları, hərəkətin təşkili şöbəsi oraya bir daha baxmalı və xətti qaydasına salmalıdır ki, vətəndaşlar buna görə əziyyət çəkməsinlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru