Fatih Terimin bahalı saatı gündəm oldu - FOTO

Bu gün, 11:54           
Fatih Terimin bahalı saatı gündəm oldu - FOTO
Türkiyənin tanınmış futbol məşqçisi Fatih Terim mətbuatın gündəminə gəlib.
TEREF Publika.az-a istinadən xəbər verir ki, "Əl-Şabab"a rəhbərlik edən mütəxəssis bu dəfə bahalı saatı ilə diqqətləri cəlb edib. 71 yaşlı çalışdırıcının 1,7 milyon lirə (təqribən 81560 manat) dəyərində olan aksesurı medianın gündəmindədir.
"Breguet Tradition" 7067 kolleksiyasına aid olan saat 40 mm-lik korpus diametri ilə seçilir. Onun dizaynı skelet üslubundadır. Saatın ağ qızıl versiyası daha çox satılır.
Qeyd edək ki, Fatih Terim ötən ilin dekabrın 26-dan "Əl-Şabab"a rəhbərlik edir. O, Səudiyyə Ərəbistanı klubu ilə 6 aylıq və dəyəri 1,6 milyon dollar olan müqavilə imzalayıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.