ABŞ-ın sabiq birinci xanımı Melania Tramp üçün ikinci müddət olacaqmı?
Bu gün, 09:04
Sonradan ABŞ-ın birinci xanımı olmuş uğurlu sloveniyalı model Melania Tramp əri Donald Trampın 2016-cı ildə prezident seçilməsindən bəri diqqət mərkəzində acı-şirin təcrübədən keçib. Melania Trampın Ağ Evə qayıdışı ərəfəsində onun həyatı və seçici gözlənitləri birinci xanım olaraq ikinci dönəminə Amerikanın Səsinin müxbiri Veronika Balderas İqlesias nəzər salır.
Valideynləri ona Melaniya Knavs adı qoymuşdular. Dünya indi onu ABŞ-ın sabiq birinci xanımı Melania Tramp olaraq tanıyır.
O, 1970-ci il, aprelin 26-da, sabiq Yuqoslaviyanın tərkibində olan Sloveniyanın Novo Mesto şəhərində anadan olub. Sevnika qəsəbəsində boya-başa çatan Melanianın atası maşın satışı ilə məşğul olur, anası isə tikiş sənayesində çalışırdı.
Lakin rəfiqəsi Miryana Yelancic Knavsın modaya maraq göstərdiyini xatırlayır: “O, həmçinin dizaynı sevirdi və köhnə paltarlardan yenilərini tikərdi.”
Knavs dizayn üzrə ali təhsilini yarımçıq qoyaraq, Melania Knauss adı altında Avropada model karyerasına baş vurur. 1990-cı illərdə onun uğuru onu Birləşmiş Ştatlara gətirir.
Keytrin Cellison, Ohayo Universiteti: “Başa düşdüyüm budur ki, dəb modeli olaraq tez-tez Nyu Yorkda təmtəraqlı ziyafətlərə dəvət olunan Melania Donald Trampla belə görüşür.”
Knauss 2005-ci il, yanvarın 22-də Melania Tramp olur. Və bir il sonra ilk və yeganə oğlu Barronu dünyaya gətirir. Həmin il də o, ABŞ vətəndaşı olur.
Donald Tramp 2016-cı ildə Respublikaçılar Partiyasının namizəd olaraq seçkilərə qatılanda, Melania Tramp ərinin kampaniya nümayişlərində iştirak edir: “Burada sizinlə və ərimlə birgə olmaq olduqca xoşdur. Mən onunla çox fəxr edirəm.”
Donald Tramp 2017-ci ilin yanvarında 45-ci ABŞ prezidenti olaraq and içir.
Birinci xanım qismində Melania Tramp dünyanı gəzir və “Ən Yaxşısı Ol” kimi uşaqların rifahına həsr olunmuş layihəyə rəhbərlik edir.
Cellison qeyd edir ki, o, digər birinci xanımlardan daha aşağı profil saxlayırdı, lakin mediadan intensiv diqqət cəlb edirdi: “Bəzi guşələrdə onun geyim seçimləri, Ağ Evə köçməmək qərarı, “Ən Yaxşısı Ol” layihəsinin birinci xanımlardan tərəfindən başladılan ictimai kampaniyalar fonunda ən müvəffəqiyyətli olmaması tənqid olunur.”
Ağ Evi tərk etdikdən sonra Melania Tramp praktiki olaraq ictimai nəzərdən yoxa çıxır. Ara-sıra o, 2024-cü ildə ərinin seçki kampaniyasına dəstək olaraq qatılır. Və öz memuarını təşviq edir: “Bu memuarı yazmaq mənim üçün dərindən şəxsi və düşündürücü bir səyahət olub.”
Viskonsin ştatının seçicisi Ostin Smit 2016-cı ildə Donald Trampa səs verib. O, Melania Trampın Ağ Evə qayıdışı ilə bağlı ümidlərini paylaşıb: “Mən istərdim ki, o bir neçə özəl layihəyə başlasın. Məni ilhamlandıran məsələlərdən biri də məktəb naharlarıdır.”
Demokrat seçici Caslin Kaur Melania Trampın “təsirli birinci xanım” olmasını arzulayır: “Çölə çıxıb çıxıb bölgədə icmalarla danışmaq, ölkə boyu gəzmək, özünü tanıtmaq – və təkcə prezidentin arxasında fiqur kimi dayanmaq əvəzinə əlində müəyyən iqtidar olan qadın kimi davranmasını istəyərdim.”
Ancaq təhlilçi Cellison düşünür ki, ikinci dönəm birinci xanım qismində Melania Tramp diqqət mərkəzindən kənarda qalmağa çalışacaq.