İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden

19-01-2025, 12:34           
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
ABŞ-ın İrana hücumuna cavab olaraq İran böyük ehtimalla regionda enerji infrastrukturunu məhv etməyə çalışacaq. Xüsusilə Tehran qlobal neft tədarükünü pozarsa, bu, Qərbdə ciddi iqtisadi böhrana səbəb ola bilər.

Bu sözləri erməni mediasına geniş müsahibəsində diplomat, Rusiya-ABŞ prezidentlərinin ikitərəfli əməkdaşlığın inkişafı komissiyasında ABŞ tərəfindən təmsil olunan sabiq müşavir Ceyms Karden deyib.

“Tramp yəqin ki, bu riskləri dərk edir. O özünü təcrübəli iş adamı hesab edir və bunun mümkün iqtisadi nəticələrini anlayır. Bilir ki, yüksək inflyasiya onun yenidən vəzifəyə qayıtmasına kömək edən əsas problem idi. İranla gərginliyin artması, xüsusən də enerji qiymətlərinin yüksəlməsinə və ya daha geniş iqtisadi böhrana səbəb olarsa, siyasi və iqtisadi baxımdan riskli olardı”, - o bildirib.

Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru