Sevgilisinin xəyanətindən şübhələnən qısqanc oğlan qazini öldürdü

19-01-2025, 11:14           
Sevgilisinin xəyanətindən şübhələnən qısqanc oğlan qazini öldürdü
Qısqanc oğlan sevgilisini onun əlindən xilas etmək istəyən oğlanı qətlə yetirib.

Baku TV xəbər verir ki, Yusif müharibədə iştirak etdikdən sonra şəhərdəki kafelərdən birini işlədir. O, hələ də döyüş yoldaşları ilə əlaqə saxlayaraq müharibədə olduğu günləri xatırlayır.

İdrak və Afaq cütlüyü bir ilə yaxındır ki, sevgilidirlər. İdrak çox qısqanc biridir və bəzən Afaq haqqında beynində çirkin fikirlər yarada bilir.

Təbii ki, həmin düşüncələr onları yavaş-yavaş sonluğu yaxşı olmayan yola aparır.

Cütlük restoranda oturarkən Afaq əllərini yumaq üçün qalxır və bir qədər uzaqlaşır. Birdən onun telefonuna zəng gəlir. İdrak zəng edənin adının ekranda yazılmadığını görərək qaşqabağını sallayır və zəngə özü cavab verir.

Zəng edən kişi idi və o, birbaşa Afaqın adını çəkir. Kimin danışdığını soruşduqda isə İdrak əsəbini cilovlaya bilmir və nalayiq ifadələr işlədir.

Daha sonra İdrak heç nədən xəbəri olmayan Afaqın üstünə qışqırır və onu təhqir etməyə başlayır, qızı qolundan tutub kafedən çıxarır.

Bir saat sonra İdrakla Afaq parkda gəzərək mübahisə edirlər. Yusifin əyləşdiyi skamyaya yaxınlaşanda o qalxıb getmək istəyir, amma İdrakın Afaqı təhqir etməsinə dözməyərək yaxınlaşıb "Sən mənim yanımda qadını təhqir edə bilməzsən" deyir.

İdrak isə buna cavab olaraq "Sən kimsən axı? Bəlkə elə həmin oğlan sənsən?!" deyir və cibindən çıxardığı bıçaqla ona ard-arda zərbələr endirir. Yusif aldığı xəsarətlərdən həyatını itirir.

Hadisə şahidləri polisə zəng edirlər və İdrak hüquq-mühafizə orqanları tərəfindən tutularaq istintaqa cəlb edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru