“Instagram” sosial şəbəkəsi öz formatında dəyişiklik edib. Artıq sosial şəbəkənin əsas səhifəsindəki paylaşımlar kvadrat əvəzinə düzbucaqlı olacaq. Sosial şəbəkənin rəhbəri Adam Mosseri bu barədə öz hesabında məlumat verib: “Bilirəm ki, bir çox istifadəçimiz kvadrat şəkilləri çox sevir. Kvadrat formatı “Instagram”ın bir parçası hesab edilirdi. Ancaq hazırda yüklənən fotoların və videoların əksəriyyəti vertikal formada olur. Onları kəsmək, əslində, itkiyə səbəb olur”. O, bu dəyişikliklərin istifadəçilər üçün başlanğıcda “bir az çətin” ola biləcəyini etiraf edib, lakin zamanla qəbul ediləcəyini düşünür:
“İnanıram ki, uzun müddət ərzində insanlar fotolarının və videolarının aqressiv şəkildə kəsilmədən, təbii formada görünməsinə görə razı qalacaqlar”.
Qeyd edək ki, “Instagram” 2024-cü ilin avqust ayından etibarən bu yeniliyi sınaqdan keçirməyə başlamışdı. (Yenisabah.az)