Mükafat alan müğənni Azərbaycan dilində danışa bilmirmiş - Foto

19-01-2025, 15:14           
Mükafat alan müğənni Azərbaycan dilində danışa bilmirmiş - Foto
Bu il "Altın Kələbək" mükafatına layiq görülən azərbaycanlı müğənni Rilaya Hüseynzadə sosial şəbəkədə etdiyi paylaşımda mükafatın adını səhv yazıb.
Müğənni İnstaqram hesabında mükafatlandırılma gecəsindən foto paylaşıb.
O, paylaşımda "Altın Kələbək" yerinə "altın kəpək" yazıb.
Mükafatlandırma mərasimində geyindiyi libası paylaşan ifaçı "Altın Kəpəkdə tədbirində don mənə uğur gətirdi" qeydini yazıb.
Xatırladaq ki, bundan öncə də "Altın Kələbək" mükafatlandırma mərasimində çıxış edən Rilaya Hüseynzadənin Azərbaycan dilində danışmaqda çətinlik çəkməsi sosial şəbəkələrdə tənqid edilmişdi. / Bizim.Media













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru