Bakıda məşhur restoran sökülür - FOTOLAR

19-01-2025, 00:17           
Bakıda məşhur restoran sökülür - FOTOLAR]
Xəbər verildiyi kimi, Paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metrostansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilib. Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla sözügedən ünvanda bəzi obyektlər sökülür.

TEREF bizim.media-ya istinadən xəbər verir ki, sökülən obyektlərdən biri də Akademik Şəfayət Mehdiyev küçəsi, 177A ünvanında yerləşən “Antrikot” restoranıdır. Yeni yolun tikintisi ilə əlaqədar artıq restoranın söküntü işlərinə başlanılıb.
Məlumat üçün bildirək ki, Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Yolun çəkilişi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Söküntü, köçürülmə və digər məsələlərlə də məhz Agentlik məşğul olur.


[img]https://teref.az/uploads/posts/2025-01/1737229062_4.jpg[/img












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru