Türkiyə vətəndaşları İraqa daxil ola bilməyəcəklər 17-08-2020, 11:29 Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə vətəndaşlarının İraqa daxil olmaları məhdudlaşdırılıb.Bu barədə İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd əs-Sahaf açıqlama verib.Əhməd əs-Sahaf açıqlamasında bildirib ki, İraq hökuməti Türkiyənin bu ölkəyə etdiyi hücumlara etiraz olaraq belə qərara gəlib.Türkiyə hökuməti rəsmiləri fakta hələ ki münasibət bildirməyiblər. Facebook-da paylaş