“TÜRKİYƏ ARALIQ DƏNİZİNDƏ İŞLƏRİ DAVAM ETDİRƏCƏK” - Ərdoğan

19-08-2020, 08:05           
“TÜRKİYƏ ARALIQ DƏNİZİNDƏ İŞLƏRİ DAVAM ETDİRƏCƏK” - Ərdoğan
Türkiyə Aralıq dənizində geoloji-kəşfiyyat işlərinə dair planından imtina etməyəcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısının sözlərinə görə, uyğun işləri həyata keçirən «Oruc Reis» gəmisi öz fəaliyyətini avqustun 23-nə qədər davam etdirəcək. Ərdoğanın dəqiqləşdirdiyi kimi, Ankara ixtiyari təxribata, o cümlədən, təhdidlərə və sanksiyalara dərhal cavab verəcək.

Prezident qeyd edib ki, öz növbəsində, Türkiyə ümid edir ki, Yunanıstan sağlam məntiqdən çıxış edəcək. Ərdoğan Türkiyənin hərəkətlərini beynəlxaq hüquq nöqteyi-nəzərindən tam haqlı adlandırıb.

Xatırladaq ki, avqustda Türkiyənin «Barbaros Xeyrəddin» qazma gəmisi Aralıq dənizində geoloji-kəşfiyyat işlərini bərpa edib. Bundan əlavə, Türkiyənin Antalya limanından «Oruc Reis» gəmisi də əraziyə yola düşüb.

Yunanıstan isə Türkiyədən tələb edib ki, gəmilərini sözügedən rayondan çıxartsın.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru