"Kəşf etdiyimiz təbii qazdan daha böyük bir qaynaq haqda əlimizdə dəlillər var" - Ərdoğan Türkiyənin qaz kəşfləri haqda

25-08-2020, 09:07           
"Kəşf etdiyimiz təbii qazdan daha böyük bir qaynaq haqda əlimizdə dəlillər var" -
"Qara dənizdə 9 qazma-axtarış fəaliyyətindən sonra, Türkiyənin bu günə qədər təsbit etdiyi ən böyük qaz rezervini kəşf etdik."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Qara dənizdə kəşf etdiyi 320 milyard kubmetr təbii qazdan danışarkən deyib. Ərdoğan, kəşf edilən təbii qazın başlanğıc olduğunu bildirib.

"Təsbit edilən qaz rezervinin daha böyük bir qaynağın ilk xəbərçisi olduğuna dair dəlillər var. İnşallah bu müjdənin davamı gələcək. Tək qaz kəşf edilən quyu deyil, bu quyuların sayı 2,3,4 davam edəcək. Bu quyuların sayı çox olunca, oradakı ümidlərimiz də artır. Kəşf edilən qaz 2023-cü ildə millətimizin xidmətinə veriləcək. Önümüzdəki müddətdə Aralıq dənizində də bənzər müjdələr alacağımıza ümid edirik. Allahın izni ilə Türkiyənin önündə yeni bir dönəm açılacaq."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru