Türkiyənin Haftarla bağlı yeni planı

26-08-2020, 10:23           
Türkiyənin Haftarla bağlı yeni planı
Liviya Baş naziri Fayez Sərracın atəşkəs elanından sonra xaricdən Ankara səssiz görünsə də, aktiv proseslər başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Milliyət” qəzeti yazıb.

Məlumata görə, bu prosesdə Rusiya, İtaliya və Almaniyadakı həmkarları ilə təmasda olan Ankara atəşkəsin bölgədə hansı nəticələr verəcəyini gözləyir:

“Atəşkəs elanından sonra alternativ vəziyyətlər və atıla biləcək addımlar üçün bütün detallar, mümkün variantlar və ssenarilər planlaşdırıldı. Əsas hədəf “Haftarın təcrid olunması” planını həyata keçirməkdir. Haftarın atəşkəslə bağlı heç bir açıqlama verməməsi Ankaranın gözlədiyi proses kimi qiymətləndirilir. Türkiyənin planlarından biri də Liviyanın Tobruk şəhərindəki qeyri-legitim parlamentin sədri Aqilə Salehi masaya oturtmaqdır. Eyni zamanda Ankara Saleh və Sərracın təmasda olmasından da məmnun qalıb. Salehin masada söz sahibi olması “Haftar olmadan masa quruldu” kimi şərh olunur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru