“Bu, müharibə deməkdir” –

26-08-2020, 20:32           
“Bu, müharibə deməkdir” –
Yunanıstanın Baş naziri Kiryakos Miçotakis İon dənizindəki qitə şelfini 6 mildən 12 milə qədər artırmağa hazırlaşdıqlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, yunan baş nazir bu barədə İtaliya və Misirlə imzalanmış sazişlərin parlamentdəki müzakirəsi zamanı danışıb.

O, hökumətin İon dənizindəki ərazi sularını 12 dəniz milinə qədər artıracaq bir qanun layihəsi təqdim edəcəyini söyləyib: “İon dənizi Yunanıstanın qərb sahilləri ilə İtaliya arasında qalır”.

Miçotakis bu qərarın Dəniz Hüquq Konvensiyasının 3-cü maddəsinə uyğun olaraq verildiyini bildirib.

Məsələyə münasibət bildirən Türkiyənin təhlükəsizlik eksperti Abdullah Ağar deyib ki, eyni qərar Egey dənizində tətbiq edilsə, bu, müharibəyə səbəb sayılacaq: “Yunanıstan indi də 12 mil kartını masaya atdı. Bu, müharibə elanı deməkdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru