Türkiyənin iri neft şirkətlərinin səhmləri - XALQA SATILACAQ

27-08-2020, 00:07           
Türkiyənin iri neft şirkətlərinin səhmləri -
Qara dənizdəki Sakarya blokunda təbii qaz tapılması ilə bağlı mübahisələr davam edir.

FED.az xəbər verir ki, Xəzinə və Maliyyə Naziri Berat Albayrak bu kəşfin BOTAŞ və TPAO-nun səhmlərinin satışına yol açdığını söyləyib. İki şirkətin nə qədər səhminin satılacağı hələ məlum deyil. Başqa sözlə, bu iki şirkətin səhmlərinin bir hissəsi birjada satılacaq, şirkətlər qismən özəlləşdiriləcək.

NTV-yə açıqlamasında Berat Albayrak "Bu son proses həm TPAO, həm də BOTAŞ-ı fərqli bir liqaya aparacaq. Bu kəşflərin yaxın gələcəkdə inkişafı ilə həm TPAO, həm də BOTAŞ-ın balansları əvvəlcə yerli, sonra da xaricdə ola bilər və kütləvi təklif prosesinə yol açacaqdır. "

Albayrak həmçinin təbii qazınTürkiyənin uzunmüddətli qaz idxal etdiyi ölkələrlə iş birliyini inkişaf etdirəcəyini söyləyib.

Albayrak “İllərlə əməkdaşlıq etdiyimiz ölkələr Rusiya və İrandır. Türkiyə bu yeni dövr baxımından bu ölkələrdə yeni əməkdaşlığa səbəb ola biləcək bir proses başladıb. Bəlkə bir istehsalçı ölkə olaraq fərqli əməkdaşlıq edəcəyik. Rusiya ən çətin vaxtlarımızda belə bizi yarı yolda qoymayıb." deyə bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.