Aralıq dənizində gərginlik artır - VİDEO
28-08-2020, 00:00
Türkiyənin Qaradənizdə qaz yatağı kəşf etməsi və yeni kəşflər üçün araşdırmalara başlaması qonşu və qonşu olmayan ölkələrlə gərginliyin yaranmasina səbəb olub. "Oruç Reis" gəmisinin Aralıq dənizinə yollanması Türkiyəni bir çox ölkə ilə üz-üzə qoyub. İndi gərginlik pik həddədir. Vəziyyət gərginləşdikcə müharibə ehtimalları da artır.
Gərginliyin mərkəzində Yunanıstan və Türkiyədir. Yunanıstanın bir neçə dəfə Türkiyə gəmilərinə qarşı manevrlər etməsi tərəflər arasında gərginlik yaradıb. Məsələyə Fransanın müdaxiləsi və 26-28 avqust tarixlərində Aralıq dənizində birgə hərbi təlimlərin keçiriləcəyi ilə bağlı qərarın verilməsi Aralıqda Fransa ilə Türkiyəni də üz-üzə qoyub.
Türkiyəli ekspertlər Aralıq dənizində Fransanın və Yunanıstanın heç bir haqqa sahib olmadığını deyir.
Fransa, İtaliya, Yunanıstan, Cənubi Kipr Respublikasının avqustun 26-dan Aralıq dənizində başlatdığı hərbi təlimlər Türkiyə tərəfindən yaxından izənilir.
Hərbi təlimlərim başladığı bir vaxtda isə Türkiyə növbəti dəfə Navtex elan edib. Xəbərdarlığa görə, Türkiyə Müdafiə Nazirliyi 1-2 sentyabr tarixlərində Aralıq dənizində atış təlimləri keçirəcək.
REAL-ın Türkiyə Bürosu
Anadolu Agentliyinə danışan Müdafiə naziri Hulusi Akar Navtex elanı ilə bağlı danışıb və bildirib ki, Türkiyə araşdırmaların aparıla bilməsi üçün Aralıq dənizində təhlükəsizliyin qorunmasına məcburdur.
Ard-arda təlimlərim keçirilməsi isə gün keçdikcə artan gərginliyin müharibə ilə nəticələnə biləcəyi ehtimallarını gündəmə gətirib.
Gərginliyin yaranmasına səbəb olan "Oruç Reis" seysmik tədqiqat gəmisinin Aralıq dənizindəki araşdırmaları isə sentyabrin 1-nə qədər davam edəcək. Qeyd edək ki, gəminin araşdırma aparacağı son tarix 27 avqust idi. Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi bu tarixin daha bir neçə gün uzadıldığı ilə bağlı məhz bu gün Navtex elan edib.