İranli nazirdən müjdə: Azərbaycan...

28-08-2020, 07:17           
İranli nazirdən müjdə: Azərbaycan...
Azərbaycan Ərdəbil-Miyana dəmir yolu vasitəsilə körfəz ölkələrinə çıxış əldə edəcək.

Publika.az xəbər verir ki, bu sözləri İranın Şəhərsalma və Yollar naziri Məhəmməd İslami deyib.

O bildirib ki, bu məqsədlə Ərdəbil vilayətinin administrasiyası xüsusi büdcə ayırıb. Yaxın zamanda Azərbaycan ilə sərhəd regionunda yerləşən Parsabad şəhərindən Ərdəbilə də dəmir yolu xətti çəkiləcək. Parsabad-Ərdəbil-Miyana dəmir yolu Azərbaycanı ilə körfəz ölkələri arasında nəqliyyat əlaqəsi yaradacaq.

Nazir onu da nəzərə çatdırıb ki, tərəflər Rəşt-Astara dəmir yolu xəttinin inşasında əməkdaşlıq edirlər. Onun sözlərinə görə Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin çəkilişi ilə iki qonşu və dost dövlətin dəmir yolları birləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru