YENİ QAYDALAR: Berdıməhəmmədovun portretləri dəyişdirilir - Saçlar qısa, xalça qırmızı olmalıdır

28-08-2020, 09:42           
YENİ QAYDALAR: Berdıməhəmmədovun portretləri dəyişdirilir - Saçlar qısa, xalça qırmızı olmalıdır
Türkmənistanda Prezident Qurbanqulu Berdıməhəmmədovun portretlərinin yenilənməsi bərpa edilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu dəfə prezidentin portretlərinin bərpası saçın uzunluğunun və arxa planda xalçanın rənginin dəyişməsi ilə əlaqələndirilib.

Avqustun 26-da prezident portretlərinin dəyişdirilməsinin başlandığı barədə Türkmənistandakı “Azadlıq” radiosunun müxbirləri məlumat veriblər.

“Sentyabr ayının əvvəlinə qədər bütün dövlət strukturlarında prezidentin portretləri dəyişdirilir. İndi portretdəki xalçanın rəngi qırmızı olmalıdır, prezidentin saçları da dəyişib. İndi saçları qısadır və saç rəngi də dəyişib” deyə müxbir qeyd edir.

“Azadlıq” radisounun digər müxbiri Marı vilayətində portretlərin necə dəyişdirildiyi barədə məlumat verib: “Sentyabrın 1-dək Marı vilayətinin bütün qurumları prezidentin ofislərdə asılmış portretlərini tamamilə əvəz etməlidir. Yeni portretdə prezidentin arxasındakı xalça qırmızı olmalıdır. Əvvəllər xalça ağ olub. Prezidentin saçı əvvəlkilərdən daha qısadır, buna görə şəkillərin yenilənməsi lazımdır”.

Onun sözlərinə görə, dükanların, o cümlədən dəftərxana ləvazimatları satanların bağlanması səbəbindən insanlar əyalət mətbəəsində prezidentin portretlərini almaq məcburiyyətində qalıblar. Bir portretin orta qiyməti 20 manatdır (Mərkəzi Bankın məzənnəsi ilə 5.7 dollar). Küçələrdə portretlər də tədricən dəyişir.

Türkmənistanda prezidentin portretləri bütün idarə və müəssisələrdə, eləcə də ictimai yerlərdə var. Portretlər, o cümlədən prezidentin görünüşünün dəyişməsi ilə əlaqədar olaraq mütəmadi olaraq yenilənir.

Ölkə qurumları prezidentin yeni portretlərini almaq və asmaq məcburiyyətindədir. Köhnə prezident portretlərinin yenisi ilə dəyişdirilməsi müəssisələrin işçilərinin, orta məktəblərdə isə şagirdlərin hesabına həyata keçirilir.

Prezident Qurbanqulu Berdıməhəmmədovun görünüşü son iki ildə dəyişib. 2018-ci ilin avqust ayında Berdıməhəmmədovun saçları qəfildən boz olub. Bununla əlaqədar 2019-cu ilin yanvar ayında dövlət qurumlarına, məktəblərə, uşaq bağçalarına və universitetlərə prezidentin portretlərinin yerini dəyişməsi əmri verilib.

Dövlət müəssisələri prezidentin portretlərinin dəyişdirilməsini sonuncu dəfə bu ilin yanvarında etmişdilər. Bundan sonra, avqustun əvvəlində prezident Berdıməhəmmədov daha qısa saçla dövlət televiziyalarında, qəzet və jurnallarda görünüb. İndi sentyabrın əvvəlinə qədər bütün qurumlardan prezidentin portretlərini yeniləmələri tələb olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.