Türk qırıcıları yunan “F-16”-larını Şərqi Aralıq dənizi bölgəsindən uzaqlaşdırıb –Müdafiə Nazirliyi

29-08-2020, 00:13           
Türk qırıcıları yunan “F-16”-larını Şərqi Aralıq dənizi bölgəsindən uzaqlaşdırıb –Müdafiə Nazirliyi
Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri Aralıq dənizi səmasında Yunanıstan HHQ-yə aid altı “F-16” qırıcısını bölgədən uzaqlaşdırıb.

“Anadolu” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.

“27 Avqust 2020-ci il tarixində Yunanistana məxsus 6 ədəd “F-16” təyyarəsi Krit adasından havaya qalxaraq, Kipr Respublikası istiqamətində uçub və Türkiyə tərəfindən beynəlxalq “NAVTEX” elan edilən bölgəyə yaxınlaşıb. “F-16” qırıcılarımız onların bu bölgəyə yaxınlaşmalarının qarşısını alıb və bölgəni tərk etməyə məcbur edib”, – açıqlamada belə deyilir.

Müdafiə Nazirliyi əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri “Şərqi Aralıq dənizində ölkənin hüquq və mənafeyini qorumaqda davam edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru