Türkiyə XİN İsveçdə Quranın yandırılması təxribatına sərt mövqe bildirib

30-08-2020, 07:51           
Türkiyə XİN İsveçdə Quranın yandırılması təxribatına sərt mövqe bildirib
Türkiyə Xarici İşlər Nazirliyi İsveçdə Quranın yandırılması təxribatına sərt mövqe bildirib.

APA-nın yerli bürosunun Türkiyə XİN-ə istinadla xəbərinə görə, nazirlik Danimarkadan İsveçin Malmö şəhərinə gələn İslam düşməni, irqçi bir “siyasətçi” ilə tərəfdarlarının “Qurani-Kərim”ə qarşı çirkin davranışları şiddətlə qınadığını bildirib: “Sözügedən davranışlar birgə yaşayışa və Avropa dəyərlərinə də vurulan zərbədir. Avropada yaşayan müsəlmanların son vaxtlar gündəlik həyatlarında sistemli şəkildə ayrı-seçkilik, irqçilik və İslam əleyhinə təzyiqlərlə üzləşirlər. Müqəddəs kitabımız olan “Qurani-Kərim”ə qarşı sərgilənən belə təhqiramiz hərəkətlər buna bariz nümunədir”.

XİN-in mövqeyində daha sonra bildirilib ki, İsveç səlahiyyətliləri Qurana qarşı təxribat yaradan və qondarma siyasətçinin ölkəyə girişinə qadağa qoyan nümayişə icazə verməsələr də, avqustun 28-də ifrat sağçı partiyanın üzvləri təxribatçı hərəkətlərə əl atıblar: “İsveç hakimiyyətinin icazəsiz nümayişdə Qurana hörmətsizlik edənləri həbs etməsi düzgün addımdır. İsveç səlahiyyətlilərini gələcəkdə bu ölkədəki müsəlmanlara hörmətsizlik edənlərə qarşı lazımi tədbirlər görməyə dəvət edirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru