30 Avqust Zəfər bayramı türk tarixinin ən vacib hərbi uğurunun simvoludur.
Axar.az xəbər verir ki, bunu Şimali Kiprin Baş naziri Ərsin Tatar deyib.
“Bu qalib ordu qan tökmək üçün deyil, vətəni və millətinin müstəqilliyi üçün qanının son damlasına qədər döyüşüb şəhid olmağı şərəf bilmiş şanlı ordudur. Türkiyə Cümhuriyyətinin yaradılması dünya tarixində dönüş nöqtəsi sayılır”, - Tatar bildirib.