Türk ordusunda FETÖ əməliyyatı: 59 hərbçi həbs edildi

1-09-2020, 10:45           
Türk ordusunda FETÖ əməliyyatı: 59 hərbçi həbs edildi
Türkiyə Silahlı Qüvvələrində FETÖ terrorçu təşkilatının gizli strukturlarına qarşı istintaq tədbirləri çərçivəsində 76 şübhəli barəsində saxlama qərarı verilib.

Cebhe.info xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində hərbi qulluqçuların saxlaması barədə qərar çıxarılıb.

Ölkənin 30 əyalətində həyata keçirilən antiterror əməliyyatı zamanı cəmi 59 hərbçi saxlanılıb.

Hazırda digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru