Daha iki həkim koronavirusun qurbanı oldu - Son iki həftədə 7 acı xəbər

1-09-2020, 10:57           
Daha iki həkim koronavirusun qurbanı oldu -
Türkiyədə son iki həftədə yeddi sarsıdıcı ölüm hadisəsi baş verib.

Open.az Türk Təbibləri Birliyinə (TTB) istinadən xəbər verir ki, ŞanlıUrfada çalışan Dr. Muhanned Mushavahdan sonra, Dr. Nevruz Erez də həyatını itirib.

Beləliklə də, Nevruz Erez Türkiyədə son iki həftədə Covid-19-dan vəfat edən yeddinci həkim olub.

Türk Təbibləri Birliyi koronavirusdan vəfat edən həkimlərin siyahısını açıqlayıb.

Siyahıda Dr. Abdurrahman Demir, Ailə həkimi Dr. Engin Ünaldı, Uzm. Dr. Ahmet Aydın Şener, Prof. Dr. Refik Çaylan, Dr. Turgut Erkutlu, Dr. Muhanned Mushavah və son olaraq da Dr. Nevruz Erez… adları yer alıb.

Qeyd edək ki, ötən gün vəfat edən Genel Cerrahi Uzmanı Op. Dr. Nevruz Erez, Etimesgut Şehit Sait Ertürk Dövlət Xəstəxanasında çalışıb.

Allah rəhmət eləsin!













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru