ABŞ Kiprə silah embarqosunu qismən ləğv etdi – Rəsmi Ankaradan sərt etiraz

2-09-2020, 07:41           
ABŞ Kiprə silah embarqosunu qismən ləğv etdi –
ABŞ Kiprə qarşı silah embarqosunu qismən ləğv edib.

“TASS”ın verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo və Kipr prezidenti Nikos Anastasiadis arasında baş tutan telefon danışığının yekunları üzrə ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs bildirib.

M.Ortequsun sözlərinə görə, N.Anastasiadis və M.Pompeo telefon danışığı zamanı ABŞ və Kipr arasında təhlükəsizlik sahəsində münasibətləri müzakirə ediblər.

Dövlət Departamentinin mətbuat katibi bildirib ki, dövlət katibi M.Pompeo prezident N.Anastasiadisi Kiprə qarşı silah embarqosunun qismən ləğv edilməsi haqqında qərarı barədə məlumatlandırıb/Trend.

Strateq.az xəbər verir ki, ABŞ-ın bu qərarı Türkiyədə sərt qarşılanıb.

Türkiyə XİN-in bəyanatında deyilir ki, Şərqi Aralıq dənizində gərginlik davam edərkən, ABŞ-ın Kiprin yunan bölgəsinə silah embarqosunu qaldırması müttəfiqlik ruhu, eyni zamanda, adada bərabərlik və problemin həllinə yönəlik planlara uyğun deyil.

Bəyanatda daha sonra bildirilib ki, ABŞ müttəfiqlik ruhunu uyğun olaraq bölgədəki sülhün təmininə dəstək olmalı və silah embarqosu ilə bağlı qərarına təcili yenidən baxmalıdır: “Bu qərar adada bərabərlik və tarazlığı yox saymaqdır. Odur ki, ABŞ bu qərarını gözdən keçirməldiir. Əks halda, Türkiyə təminatverici ölkə olaraq, tarixi və hüququ addımlardan yola çıxaraq, Kipr türklərinin qorunması üçün gərəkli addımları atmaq məcburiyyətində qalacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.