Türkiyə XİN: Avstriyanın Türkiyəni cəsusluqda ittiham etməsini heyrətlə qarşılayırıq

2-09-2020, 10:19           
Türkiyə XİN: Avstriyanın Türkiyəni cəsusluqda ittiham etməsini heyrətlə qarşılayırıq
“Avstriya rəsmilərinin ölkəmiz haqqında ortaya atdıqları əsassız iddialarını rədd edirik”.

Bunu Türkiyə Xarici İşlər nazirinin sözçüsü Hami Aksoy bildirib.

H.Aksoy deyib ki, Avstriyada Türkiyə adına cəsusluq edildiyinə dair iddialar Türkiyə ictimaiyyəti, eləcə də bu ölkədə yaşayan Türkiyə toplumunda təəssüf hissi yaradır və münasibətlərin korlanmasına gətirib çıxarır: “Avstriya hökumətinin qeyri-ciddi reflekslərlə ölkəmizi ittiham edən nəticələr çıxarmasını heyrətlə qarşılayırıq”.

Diplomat bildirib ki, Türkiyə XİN rəsmi Avstriyanı ölkəsi üzərindən süni gündəm yaradıb bunun arxasınca getməkdənsə, dövlətin təqdiri və ləyaqəti ilə hərəkət edərək səmimi əməkdaşlığa dəvət edir.

Qeyd edək ki, dünən Avstriya Daxili İşlər naziri “Türkiyə Avstriyanı bölmək istəyir” iddiası ilə bu ölkədə türk cəsusun tutulduğunu bildirib. Lakin “cəsus” deyilən şəxsin kimliyi açıqlanmayıb./apa/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru