"Ərdoğan yunan gəmilərini batırmaq istədi, generallar razı olmadı" - "Die Welt"

2-09-2020, 11:50           
"Ərdoğan yunan gəmilərini batırmaq istədi, generallar razı olmadı" - "Die Welt"
Almaniyanın tanınmış “Die Welt” media orqanı Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan barədə yeni iddialar ortaya atıb.
Yeniavaz.com “Euronews”a istinadla xəbər verir ki, Almaniyanın tanınmış “Die Welt” media orqanı Ərdoğanın Aralıq dənizində yunan gəmisini batırmaq istədiyini ancaq, generalların buna razı olmadığını iddia edib. Yazıda bildirilib ki, gəmi batırılarkən heç kəsin zərər görməməsi şərti qoşulub. Bu barədə yüksək rütbəli hərbçilər arasında razılıq əldə olunmayıb. Daha sonra isə adı çəkilməyən başqa bir şəxsin yunan qırıcısını vurmaq təklifi verdiyi irəli sürülüb. “Die Welt”in hərbi qaynaqlara istinadla verdiyi xəbərdə həmin şəxsin, “qırıcılarını vuraq, pilot onsuzda katapultla xilas ola biləcək”söylədiyi də iddia edilib.
Qeyd edək ki, bir müddətdir ki, Aralıq dənizində Türkiyə və Yunanıstan arasında gərginlik davam edir. Son günlərdə Türkiyənin Aralıq dənizində enerji-kəşfiyyat işlərinə başlaması bu gərginliyi daha da artırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru