Bu ermənilər Qarabağda yaşamayacaq – Türk ekspert

3-09-2020, 08:45           
Bu ermənilər Qarabağda yaşamayacaq – Türk ekspert
Ermənistan hökuməti hər vəchlə Suriya və Livan ermənilərini Dağlıq Qarabağa köçürməyə çalışsa da, onlar İrəvana qaçır və qaçacaq.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli ekspert Həsən Oqtay Livan ermənilərinin işğal olunmuş Dağlıq Qarabağ ərazisinə köçürülməsi haqda danışarkən deyib.

Ekspertin fikrincə, erməni tərəfinin bu siyasəti tezliklə fiaskoyla nəticələcək:

“Rəsmi İrəvan Livan ermənilərinin Qarabağa köçürülməsini beynəlxalq sistemə “humanitar baxışlarla” gətirməyə çalışsa da, fakt budur ki, heç kim Qarabağda yaşamaq istəmir. Suriya erməniləri Suriyadakı müharibə mühitindən qaçarkən bir neçə həftə Qarabağda qalırlar və Qarabağdakı müharibənin ortasına düşmək istəmədikləri üçün ordan da İrəvana qaçırlar. Bütün bunlar erməni mətbuatını izlədikdə aydın şəkildə görünür”.

Politoloq beynəlxalq təşkilatların bu məsələ ilə bağlı susmasından da danışıb:

“Rəsmi İrəvan Suriya və xüsusilə də Livanda baş vermiş son partlayışdan zərər çəkən şəxslər üzərindən piar kampaniyası aparır. Ermənistanın bu addımı beynəlxalq hüquqa ziddir və humanitar hüquq pozuntusu kimi qiymətləndirilməlidir.

ATƏT-in Minsk Qrupu işğal olunmuş ərazilərdə əhalinin yerləşdirilməsi ilə bağlı nəzəri fikirlər səsləndirsə də, praktiki olaraq bu prosesin qarşısını almır. ATƏT-in passivliyi isə Qarabağ münaqişəsinin həllini yubadır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru