NATO-nun Baş katibi: "Yunanıstan və Türkiyə Şərqi Aralıq dənizi ilə bağlı danışıqlara razılıq verib"

4-09-2020, 00:04           
NATO-nun Baş katibi:
Yunanıstan və Türkiyə Şərqi Aralıq dənizində insident və toqquşma riskinin azaldılması üçün mexanizmin yaradılması ilə bağlı texniki danışıqların başladılmasına razılıq verib.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bəyanat yayıb.

O bildirib ki, hər iki ölkənin liderləri ilə danışıqlardan sonra Yunanıstan və Türkiyə Şərqi Aralıq dənizində insident və toqquşma riskini azaltmaq üçün hərbi dekonflikasiya ilə bağlı mexanizmin yaradılması istiqamətində NATO-da texniki danışıqlara getməyə razılıq veriblər.

“Yunanıstan və Türkiyə dəyərli müttəfiqlərdir, NATO isə bizim ortaq təhlükəsizliyimizə təsir edəcək bütün məsələləri müzakirə etmək üçün vacib platformadır. Gərginliklərə NATO-nun həmrəyliyi ruhunda həll tapılması üçün mən bütün müvafiq tərəflərlə yaxın təmasdayam”, -deyə NATO Baş katibi bildirib/APA.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.