Qazaxıstanla Ermənistan arasında bağlanan neft sazişi ratifikasiya edildi

4-09-2020, 07:15           
Qazaxıstanla Ermənistan arasında bağlanan neft sazişi ratifikasiya edildi
Sentyabrın 3-də keçirilən iclasda Ermənistan hökuməti "Ermənistan və Qazaxıstan Hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında sazişin ratifikasiyası haqqında" qanun layihəsini təsdiqləyib.

Ovqat.com erməni mediasına istinadən xəbər verir ki, ratifikasiya sazişdə Ermənistana neft məhsullarının tədarükü nəzərdə tutulub.

Sazişə əsasən, Qazaxıstandan Ermənistana nəql olunan neft məhsulları gömrük rüsumlarından azad ediləcək.

Layihənin əsaslandırılmasında deyilir ki, bu sazişin bağlanması tərəflər arasında neft məhsullarının çatdırılması sahəsində əməkdaşlığın tənzimlənməsi zərurətindən doğub.

Saziş iki ölkə arasında uzunmüddətli ticarət-iqtisadi münasibətləri hüquq bərabərliyi və qarşılıqlı faydalar əsasında inkişaf etdirməyə imkan verəcək.

Bu, iki ölkə arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığa, ticari-iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şəraitin yaradılmasına, işgüzar fəallığın artırılmasına kömək edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru