Baş nazirdən TÜRKİYƏYƏ MESAJ - 22 yaşlı oğlunu sərhədə göndərdi - FOTO

6-09-2020, 08:59           
Baş nazirdən TÜRKİYƏYƏ MESAJ -
Yunanıstanın baş naziri Kiryakos Miçotakisin oğlu hərbi xidmətini Türkiyə sərhədində keçəcək.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hökümət rəhbərinin 22 yaşlı oğlu Konstantin Türkiyənin Ədirnə vilayəti ilə sərhəddəki Evros qəsəbəsi yaxınlığında yerləşən top hərbi birləşməsində xidmətə başlayıb.

Bildirilir ki, Boston Universitetinin məzunu olan gənc siyasi qərar əsasında, yəni Türkiyə-Yunanıstan gərginliyi fonunda həmin əraziyə hərbi xidmətə göndərilib.

Qeyd edək ki, Yunanıstanda hərbi xidmət müddəti 9 aydır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.