Ərəblər "Lourens Araviski"-nin evini bərpa edirlr- Ərəblərdən daha bir Türk düşmənçiliyi...
6-09-2020, 10:40
O, şeyxlərə Osmanlıya üsyanları müqabilində "böyük Ərəb xilafəti" vəd etmişdi, əvəzində ərəblər bu gün 21 oyuncaq dövlətə parçalanıb...
Səudiyyə Ərəbistanı hökuməti İslam və Türk dünyasına qarşı növbəti xəyanətkar addım atıb. Hazırda məhz ingilis və yəhudi kəşfiyyatı tərəfindən idarə olunan vəhabilərin oylağıan çevrilmiş bu oyuncaq teokratik “dövlət” guya turistləri cəlb etmək üçün "ərəbistanlı Lourens" ləqəbli məşhur Böyük Britaniya casusu polkovnik Tomas Edvard Lourensin evini bərpa etməyə qərar verib.
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, bu barədə Krallığın Turizm Nazirliyi məlumat yayıb.
İngilis xəfiyyəsinin dağılmış vəziyyətdə olan evi Qırmızı dəniz sahilindəki Yanbu şəhərində yerləşir.
“Ərəbistanlı” Lourensin İngilis kəşfiyyatında bir əfsanəyə çevrildiyi məlumdur. O, Ərəbistan yarımadasındakı ərəb qəbilələrini İngilis taxt-tacının İslam dünyasında müstəmləkəçilik siyasətinə əsas maneə olan Osmanlı dövlətinə qarşı qoyaraq Britaniyanın maraqlarına uğurla xidmət edib. Və heç bir müqəddəs dəyərə sahib olmayan bu hiyləgər xəfiyyə bu gün İslam dünyasının, xüsusən ərəb xalqının özlərinin, eləcə də Türk dünyasının parçalanmasında böyük rol oynayıb. O, Britaniya Krallığı adından ərəblərə Türk Osmanlısından ayrılacaqları təqdirdə bütün ərəb qəbilələrini birləşdirəcək “böyük Ərəb xilafəti” vəd etmişdi, ancaq əvəzində bu gün ərəblər heç cür birləşə bilməyən kiçik və həm də anqlosaks və sionistlərin əlində oyuncaq olan 21 “dövlət”ə parçalanıb...