Süleyman Soyluya görə tıxacda qaldığını dedi, nazir belə cavab verdi - FOTO
6-09-2020, 11:01
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun Girəsuna sel fəlakətinə görə xilasetmə işlərinin aparıldığı bölgəyə getdiyi zaman yolda tıxacın yaranması yerli sakinin etirazına səbəb olub.
"Qafqazinfo" xəbər verir ki, yerli sakinin tvitterdə "Rəzalətə bax. Nazir gəlir deyə, yol 2 saat bağlı qalacaqmış" yazmasına nazirin özü cavab verib.
Belə ki, Süleyman Soyulu cavab olaraq tvitterdə bunları qeyd edib:
"Gəliş-gedişim cəmi yarım saatdır. Yolda deyildik, axtarma-xilasetmə bölgəsində idik. Verdiyim narahatlığa görə üzr istəyirəm".