Türkiyənin Malatya bölgəsində güclü zəlzələ olub

8-09-2020, 15:32           
Türkiyənin Malatya bölgəsində güclü zəlzələ olub
Türkiyənin Malatya vilayətinin Pütürge rayonunda 4,6 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 13.44-də, 15.09 km dərinlik baş verib. Yeraltı təkan Malatyada, eləcə də ətraf rayonlarında da hiss edilib.

Qeyd edək ki, bu ilin 24 yanvarında Sivricede 6.8 maqnitudada zəlzələ olub, nəticədə Elazığda 37, Malatyada isə 4 nəfər olmaqla 41 nəfər ölüb. Bu təkanların təsiri olaraq Malatyada Pütürge rayonunda eyni ocaqda iyun ayının 5-də 5 bal gücündə zəlzələ baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru