Gərginlik artdı, Türkiyə yeni görüntülər yaydı: Yunanıstan hərbi qüvvələri...

9-09-2020, 16:10           
Gərginlik artdı, Türkiyə yeni görüntülər yaydı: Yunanıstan hərbi qüvvələri...
Şərqi Aralıq dənizində durum gərginlikdən müharibəyə doğru inkişaf edir.

Teleqraf.com xəbər verir ki, Meis adasında hərbi hərəkətlilik hər keçən gün artır.

Yunan əsgərlərinin adanın ən yüksək nöqtəsində qurduğu telsiz radar stansiyası Türkiyə tərəfindən görüntülənib.

Radar stansiyasında 2 yunan əsgərinin fəaliyyəti diqqəti çəkib. Həmçinin adada müşahidə postu qurulub. Başqa bir məqam odur ki, Yunan Sahil Qüvvələri balaca gəmi ilə Meis adasında mövqe tutub.

Xatırladaq ki, avqustun 28-də Yunanıstan Meis adasına hərbçilər toplamağa başlayıb. Meis adası Antalyanın Kaş məntəsindən 2,1, Yunanıstandan isə 580 kilometr uzaqlıqda yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru