ŞOK PLAN: Türkiyənin böyük şəhərlərini PARTLATMAQ İSTƏDİLƏR

10-09-2020, 09:54           
ŞOK PLAN: Türkiyənin böyük şəhərlərini PARTLATMAQ İSTƏDİLƏR
Türkiyənin xüsusi xidmət orqanlarının və jandarmeriya əməkdaşlarının iştirakı ilə keçirilən əməliyyatın gedişatında Mardin əyalətində 2 suriyalı və onların Suriyadan Türkiyənin böyük şəhərlərində terror aktlarının təşkili məqsədi ilə partlayıcı maddəni çatdırmış köməkçisi tutulub.
Publika.az “Anadolu” agentliyinə istinadla xəbər veri ki, saxlanılanlar böyük şəhərlərdə insanların kütləvi toplaşdıqları ticarət mərkəzləri və bazarlar kimi yerlərdə terror aktları təşkil etməyi planlaşdırıblar.
Suriyalılar - M.N və E.T Türkiyəyə çantalarında təxminən 15 kq plastik partlayıcı maddə, 4 elektrodetonator, 2 yaddaş kartı, 9 voltluq 4 batareya və digər partlayıcı vasitə keçiriblər.
Saxlanılanlardan həmçinin üç mobil telefon götürülüb.
Hazırda hüquqi prosedurlar davam edir.
İstehkamçılar iddia edirlər ki, partlayıcı maddənin dağıdıcı gücü çox yüksəkdir və üçmərtəbəli binanı yararsız etmək üçün kifayətdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru