Saxta "şeyx" tərəfindən təcavüzə məruz qalan qızın atası danışdı: "Cahilliyimizin əvəzini övladımızla ödədik"

12-09-2020, 10:58           
Saxta "şeyx" tərəfindən təcavüzə məruz qalan qızın atası danışdı:
Türkiyənin Sakarya şəhərinin məzhəb lideri deyilən Eyüp Şaban tərəfindən 12 yaşlı qızın cinsi istismara məruz qalması ilə bağlı məhkəmə prosesi davam edib.

Sonxeber.az xəbər verir ki, məzhəb şeyxi hadisədən sonra tutulub. Şeyx tərəfindən cinsi istismara məruz qaldığı iddia edilən 12 yaşlı qızın atası isə məhkəmədə ifadə verib.

Ata sükutunu günlər sonra poza bilib və qızının şikayətinin geri götürülməsinə görə məzhəbçilərin ona pul təklif etdiyini açıqlayıb.

Daha sonra ata "Şeyx həyatımı qurban verə biləcəyim qədər sevdiyim biri idi. Cahilliyimizin əvəzini öz övladlarımızla ödədik. İndi polisin himayəsindəyik. Altı cangüdənimiz var" deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.