Avropa İttifaqından Türkiyəyə xəbərdarlıq: "Əlaqələrimiz tarixin dönüş nöqtəsindədir"

15-09-2020, 16:47           
Avropa İttifaqından Türkiyəyə xəbərdarlıq:
"Avropa İttifaqının (Aİ) Türkiyə ilə münasibətləri dönüş nöqtəsindədir".

Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsilik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində çıxışında deyib.

"Əlaqələrimiz tarixin dönüş nöqtəsindədir, önümüzdəki günlərdə baş verəcək hadisələrə uyğun olaraq bu əlaqələr bir və ya digər tərəfə doğru dəyişəcək", -deyə Borrell bildirib.

Aİ-nin Ali Nümayəndəsi Ankaranı Şərqi Aralıq dənizində münaqişədən geri çəkilməyə çağırıb.

Qeyd edək ki, növbəti həftə Aİ liderləri Türkiyə ilə bağlı məsələni müzakirə edəcək/APA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru