Məhkəməyə üz tutsaq bu ərazini itirəcəyik - Yunan deputat

16-09-2020, 11:41           
Məhkəməyə üz tutsaq bu ərazini itirəcəyik - Yunan deputat
İnsanlara Lahey məhkəməsinə gedəcəyimiz təqdirdə Meis adasını itirəcəyimizi deməliyik.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Skai TV-yə müsahibəsində Yunanıstan parlamentinin deputatı Dimitris Kammenos deyib.

Deputat bildirib ki, Yunanıstanda ölkənin Lahey (Beynəlxalq Cinayət Məhkəməsi) Məhkəməsinə müraciət etməsinə ehtiyac olduğunu deyənlər var:

“Yunanıstanın sabiq xarici işlər naziri G.Katrougalosun Türkiyənin geniş sahilə malik olması haqda çıxışı var. Bu məhkəmədə ciddi problem olacaq. Nəzərə almaq lazımdır ki, məhkəmə hər iki tərəf üçün keçərli bir qərar almaq məcburiyyətində qalacaq.
Bu üzdən ABŞ razılaşma əldə etmək üçün təzyiqlər göstərir. İnsanlara Laheyə gedəcəyimiz təqdirdə Meis adasını itirə biləcəyimizi deməliyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.