Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

19-09-2020, 00:08           
Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
“Yunan mətbuatı səviyyəsiz, aşağılayıcı bir manşetə yol verib. Biz də Yunanıstanın Türkiyədəki səfirini nazirliyə çağırdıq”.

Teref.az xəbər verir ki, Trükiyə XİN başçısı Mövlud Çavuşoğlu Anadolu Xəbər Agentliyinə açıqlamasında belə bildirib.

Nazir bildirib ki, yunan qəzetinin manşetində Türkiyə Prezidenti haqqında təhqiramiz ifadələrə yer verilməsi ilə bağlı Yunanıstan Xarici İşlər Nazirliyinin üzürxahlığı qəbul edilsə də, Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsi məsələ ilə əlaqədar fəaliyyətə başlayıb: “Həqarət söz azadlığı kimi dəyərləndirilməməlidir. Yunanıstanın bir çox məsələlərdə Türkiyə əleyhinə addım atmasının səbəbi həm də yunan mediasıdır. Təəssüf ki, görünən budur. Biz lazım olan tədbirləri görəcəyik”. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru