Türkiyədə bu gün daha 62 nəfər koronavirusdan ölüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, Türkiyədə koronavirusdan indiyədək 7377 nəfər ölüb. Yoluxma sayı 299 810-dur. Bu gün daha 1060 xəstə evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 264 805 nəfərə çatıb.