"Haber Global"ın koronavirusa yoluxan jurnalistinə azərbaycanlı həkimlərdən sürpriz — VİDEO

23-10-2020, 21:10           
"Haber Global"ın koronavirusa yoluxan jurnalistinə azərbaycanlı həkimlərdən sürpriz — VİDEO
Xəbər verdiyimiz kimi, məşhur türkiyəli jurnalist, “HaberGlobal” telekanalının müxbiri Osman Girgin Azərbaycanda koronavirusa yoluxub.

KONKRET.az xəbər verir ki, Bakıda xəstəxənalardan birində müalicə alan jurnalist xoş sürprizlə qarşılaşıb.

Belə ki, həkimlər doğum günü olan jurnalistə sürpriz ediblər. Onlar üstündə “İyi ki, doğdun, Osman” yazılan tortla palataya daxil olublar və bu anları lentə alıblar.

Jurnalist bu xoş münasibətdən çox məmnun qalıb və həmin anları dostları ilə paylaşıb.

Qeyd edək ki, Osman Girgin erməni vəhşiliyini işıqlandırarkən, cəbhədə baş verən ən son xəbərləri təfərrüatı ilə çəkib bütün dünyaya göstərərkən COVİD-19-a yoluxub.

Həmin anları təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru