Mərkəzi İstanbul olan 7 bölgədə "FETO" Terror Təşkilatına qarşı əməliyyat keçirilib.
Yenisabah.az xəbər verir ki, əməliyyat İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılıb. Nəticəsində 19 nəfər nəzarətə götürülüb.
Qeyd edək ki, şübhəlilər arasında “İzdivac imamı”, “Üsküdar imamı”nın və Türk Silahlı Qüvvələri içərisində gizli imamlıq edən şəxslərin olduğu açıqlanıb.