Professordan xəbərdarlıq: İstanbulda dəhşətli zəlzələ gözlənilir
4-11-2020, 17:40
İstanbul və Mərmərə bölgəsində İzmir zəlzələsindən daha şiddətli zəlzələnin olacağı gözlənilir.
Qazi Universitetinin Seysmoloji Araşdırmalar Mərkəzinin direktoru, professor Samet Arslan bildirib ki, İstanbulda 7.3 bal gücündə zəlzələ olacağı ehtimalı var.
Cebhe.info xəbər verir ki, professor Samet Arslan bildirib ki, zəlzələ ehtimalı günbəgün daha da çoxalır:
"İstabulda gözlənən zəlzələyə çox az qalıb. Bu zəlzələnin şiddəti İzmirdə baş verən zəlzələdən daha güclü olacaq. Bu tarixdə zəlzələ olacaq deyə bilmərik, amma neçə bal gücündə olacağını təxmin edə bilərik. İstanbulda 7.2 və 7.3 bal gücündə zəlzələ olacağı ehtimal edilir. Dövlətin belə güclü zəlzələdə hamıya kömək edə bilmə şansı azdı, vətəndaşlar tədbirli olmalıdır. Hamı hazırlıqlı olsun. Zəlzələnin olacağı tarixi dəqiq deyə bilmirik, amma neçə bal gücündə olacağını açıqladıq".