Türkiyədə koronavirus peyvəndinin birinci klinik mərhələsi başladı

5-11-2020, 21:43           
Türkiyədə koronavirus peyvəndinin birinci klinik mərhələsi başladı
Türkiyə koronavirus peyvəndinin birinci klinik mərhələsinə başlayıb. Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb:

“Bu gün Türkiyədə yerli koronavirus əleyhinə peyvəndin insanlarda sınaqdan keçirilməsinə başlandı. Peyvəndin klinik sınaqlarının ilk mərhələsi Kayseri şəhərində aparılır”.

Qoca daha əvvəl qeyd edib ki, Türkiyədə koronavirus pandemiyası ikinci pik həddə çatıb. Çərşənbə günü aşkar olunan koronavirus infeksiyasının sayı 2391 olub, bu, aprel ayının sonundan bəri ən yüksək göstəricidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru