Şəhərdə koronavirus həyəcanı: Yoluxma yenidən artdı
6-11-2020, 10:50
Türkiyənin Samsun bölgəsində koronavirusa yoluxma sayı kəskin artıb.
Cebhe.info xəbər verir ki, yoluxma sayının 40 faizə qalxması şəhər rəhbərliyini hərəkətə gətirib.
Xüsusilə Atakum və Temre rayonlarında yoluxma sayının kəskin artdığını vurğulayan Samsun Səhiyyə İdarəsinin rəhbəri Muhammed Ali Oruç karantin qaydalarının sərtləşdirilməsini təklif edib. “Pandemiya kritik səviyyədə artıb, tədbirli olmalyıq”-deyə, Ali Oruc bildirib.