Ərdoğan Putini müdafiə etdi: - "Baydenin sözləri qəbuledilməzdir"

19-03-2021, 15:54           
Ərdoğan Putini müdafiə etdi: - "Baydenin sözləri qəbuledilməzdir"
“Bu, dövlət başçısına yaraşmayan ifadədir. Bir prezidentin durub Rusiya kimi dövlətin başçısı haqqında belə bir ifadə istifadə etməsi qəbuledilməz, həzmolunmazdır”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Fikrimcə, cənab Putin çox ağıllıca, şık şəkildə lazım olanı edib”, - R.T.Ərdoğan vurğulayıb.

Qeyd edək ki, martın 17-də ABŞ Prezidenti Cozef Bayden Vladimir Putini “qatil” adlandırıb. Ötən gün Rusiyanın dövlət başçısı V.Putin ona cavabında “Adımı sənə qoyum, səni yana-yana qoyum” deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru