Türkiyədə PKK terrorçularının silah-sursatı, partladıcıları ələ keçirilib

18-04-2021, 07:40           
Türkiyədə PKK terrorçularının silah-sursatı, partladıcıları ələ keçirilib
Türkiyənin Hakkari şəhərində PKK terror təşkilatına məxsus partladıcılar ələ keçirilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, Hakkarinin Çukurca rayonunda PKK terror təşkilatına qarşı keçirilən əməliyyatda xeyli sayda silah-sursat və partladıcılar aşkarlanıb.

Əməliyyatda Şəhər Jandarm Komandanlığı və Şəhər Polis İdarəsinin əməkdaşlarının da daxil olduğu komandalar iştirak edib. PKK terror təşkilatına məxsus 14 tank əleyhinə minaatan, 6 ədəd əldə qayırma partladıcı, RPG-7 minaatan, 2 müdafiə tipli əl qumbarası, 185 metrlik kabel, lampalar, günəş paneli, ağrıkəsicilər və digər tibbi ləvazimatlar ələ keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru