Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedovun atası vəfat etdi

18-04-2021, 21:31           
Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedovun atası vəfat etdi
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun atası Malikqulu Berdimuhamedov 88 yaşında vəfat edib.

Teref.az-ın məlumatına görə, bu barədə Türkmənistan dövlət televiziyası məlumat yayıb.

Qeyd edək ki, M.Berdimuhamedov 1932-ci il avqustun 12-də anadan olub. O, 1982-ci ildə Daxili İşlər Nazirliyindən polis polkovnik-leytenantı rütbəsində ehtiyata buraxılıb. Türkmənistan DİN-in 1001 saylı hərbi hissəsinə və nazirliyin Aşqabaddakı yaşayış kompleksinə onun adı verilib.

apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru